NEWS


    Beynəlxalq Diaspor Mərkəzi Gənclər Təşkilatı və Şuşa Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Birinci Şuşa Bilik Yarışması” keçirilib. Tədbiri giriş sözü ilə açan BDM Gənclər Təşkilatının sədri Tural Məmmədli “I Şuşa Bilik Yarışması” və yarışmanın şərtləri ilə bağlı iştirakçılara geniş məlumat verib. Sonra Ümummilli lider Heydər Əliyev haqqında BDM sədri İsmayıl Ağayev və sədr müavini Samir Adıgözəlli məruzə ilə çıxış ediblər. Daha sonra münsiflər heyəti tərəfindən püşkatma keçirilib və 6 komanda arasında yarışma başlanıb. “Zəfər”, “Forte”, “Nida”, ”Kaspi”, “Favorit”, “Xəmsə” komandaları arasında keçirilən yarışda birinci yerin qalibi “Forte” komandası, ikinci yerin qalibi “Xəmsə”, üçüncü yerin qalibi isə “Nida” komandası olub. Qalib komandalara münsiflər heyətinin üzvləri Lətafət Rəhimova, Samir Adıgözəlli və Ələmdar Nəbiyev tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. 

AZERBAIJANIS DIASPORA IN GEORGIA


COMMUNITY OF AZERBAIJANIS LIVING IN GEORGIA

REPRESENTATION OF AZERBAIJAN INTERNATIONAL DIASPORA CENTER IN GEORGIA

WORLD AZERBAIJANIS CONGRESS IN GEORGIA